RU

Ağdam Sənaye Parkında dəmir qapı istehsalı müəssisəsi yaradılacaq

Bakı, 11 iyul, AZƏRTAC

“Castle Door” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, yeni rezident tərəfindən Sənaye Parkının 1 hektar ərazisində dəmir qapı istehsalı müəssisəsi yaradılacaq. Layihənin investisiya dəyəri 2,2 milyon manatdır.

Türkiyənin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücünün 9 min ədəd qapı olması planlaşdırılır.

Yeni rezidentin qeydiyyata alınması ilə Ağdam Sənaye Parkının rezidentlərinin sayı 30-a çatıb. Sahibkarların buraya artan marağının göstəricisidir ki, Ağdam Sənaye Parkı ölkədəki sənaye parkları arasında rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir.

Избранный
7
11
azertag.az

10Источники