RU

DİN əməliyyat keçirdi, 10 kiloqram narkotik aşkar olundu - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.

 

Nazirlikdən Sfera.az-a verilən xəbərə görə, Sabunçu rayonunda keçirilən növbəti əməliyyat zamanı 1986-cı il təvəllüdlü Emin Səmədov tutulub.

 

Ondan 10 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

 

E Səmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Избранный
17
15
sfera.az

10Источники