RU

Çin XİN rəhbəri Van Yi: Çin, ABŞ dan obyektiv münasibət gözləyir

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Pekin, Vaşinqtonun Çinə qarşı obyektiv, rasional və praqmatik münasibət sərgiləyəcəyinə ümid edir.

Xalqcebhesi.az "RIA Novosti"-yə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər naziri Van Yi, ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə bildirib.

Nazirin sözlərinə görə, Çin tərəfi, ABŞ-ın sülh şəraitində birgəyaşayış və qarşılıqlı faydalı əməkdaşlıq siyasətini davam etdirəcəyini gözləyir.

ABŞ dövlət katibi ilə Çin XİN rəhbərinin görüşü öncədən elan edilmişdi. Rubio, görüş zamanı Çinin Rusiyaya verdiyi dəstəyi gündəmə gətirəcəyini bildirmişdi. O, Pekinin Moskvaya gizli şəkildə yardım etdiyini iddia etmişdi.

Görüşün yekununda Çin Xarici İşlər Nazirliyi açıqlama yayaraq bildirdi ki, tərəflər diplomatik kanalların gücləndirilməsi, bütün səviyyə və sahələrdə dialoqun davam etdirilməsi, həmçinin əməkdaşlıq sahələrinin genişləndirilməsi və fikir ayrılıqlarının həlli istiqamətində razılığa gəliblər.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
1
icma.az

2Источники