RU

Sabunçuda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs tutulub VİDEO

Bakı, 11 iyul, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu rayonunda keçirilən növbəti əməliyyat zamanı 1986-cı il təvəllüdlü Emin Səmədov tutulub. Ondan 10 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. O, ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. E. Səmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
15
14
azertag.az

10Источники