“Castle Door” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.
MArja xəbər verir ki, yeni rezident tərəfindən Sənaye Parkının 1 hektar ərazisində dəmir qapı istehsalı müəssisəsi yaradılacaq. Layihənin investisiya dəyəri 2,2 milyon manatdır.
Türkiyənin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücünün 9 min ədəd qapı olması planlaşdırılır.
Qeyd edək ki, yeni rezidentin qeydiyyata alınması ilə Ağdam Sənaye Parkının rezidentlərinin sayı 30-a çatıb. Sahibkarların bura artan marağının göstəricisidir ki Ağdam Sənaye Parkı ölkədəki sənaye parkları arasında rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir.