Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Fənərbaxça" PSJ-nin futbolçusu Marko Asensionun transferini yekunlaşdırmaq üzrədir.
Sportal.az xəbər xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Daha əvvəl PSJ ilə razılıq əldə edən İstanbul nəhəngi artıq ispaniyalı hücumameyilli yarımmüdafiəçi ilə də anlaşıb. 29 yaşlı oyunçunun yaxın günlərdə Türkiyəyə gedərək tibbi müayinədən keçəcəyi və "Fənərbaxça" ilə müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, Marko Asensio ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib. İspaniya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 21 oyunda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.