RU

Arda Turanlı Şaxtyor Donetsk avrokuboklara böyükhesablı qələbə ilə başladı

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Arda Turan "Şaxtyor Donetsk"də işinə rekord nəticə ilə başlayıb.

Oxu.Az xəbər verir ki, Ukrayna klubu türkiyəli mütəxəssisin rəhbərliyi ilə ilk rəsmi matçında Avropa Liqasında Finlandiya "İlves"inə 6:0 hesabı ilə qalib gəlib.

Bu, "Şaxtyor"un avrokubokların təsnifat mərhələlərində ən böyük qələbəsidir.

Daha əvvəl ən böyük hesab 2000-ci ildə Çempionlar Liqasının 2-ci seçmə mərhələsində Estoniya "Levadiya"sına qarşı oyunda (5:1) qeydə alınmışdı. Beləliklə, Arda Turan 25 ildir davam edən rekordu yeniləyib.

Bundan əlavə, bu nəticə "Şaxtyor"un ümumiyyətlə, avrokuboklarda ikinci ən böyük qələbəsidir. Rekord Donetsk klubunun 2014-cü ildə Çempionlar Liqasının qrup mərhələsində Belarus BATE-sinə 7:0 hesabı ilə qalib gəldiyi oyunda qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
3
oxu.az

4Источники