AZ

Arda Turandan rekord start

Arda Turan Donetsk “Şaxtyor”unda işinə rekord nəticə ilə başlayıb.

Msport.az xəbər verir ki, Ukrayna klubu türkiyəli mütəxəssisin rəhbərliyi ilə ilk rəsmi matçında Avropa Liqasında Finlandiya “İlves”inə 6:0 hesabı ilə qalib gəlib.

Bu, “Şaxtyor”un avrokubokların təsnifat mərhələrində ən böyük qələbəsidir. Daha əvvəl ən böyük hesab 2000-ci ildə Çempionlar Liqasının II seçmə mərhələsində Estoniya “Levadiya”sına qarşı oyunda (5:1) qeydə alınmışdı. Beləliklə, Arda Turan 25 ildir davam edən rekordu yeniləyib.

Bundan əlavə, 6:0-lıq nəticə “Şaxtyor”un, ümumiyyətlə, avrokuboklarda ikinci ən böyük qələbəsidir. Rekord Donetsk klubunun 2014-cü ildə Çempionlar Liqasının qrup mərhələsində Belarus BATE-sinə 7:0 hesabı ilə qalib gəldiyi oyunda qeydə alınıb.

Seçilən
2
3
msport.az

4Mənbələr