RU

Tərksilah olanlar arasında PKK nın yüksəksəviyyəli lideri də var Foto

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, “Terrorsuz Türkiyə” siyasi prosesinin gedişində PKK terror təşkilatının 47 ildən sonra bu gün tərksilah olmasına başlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, tərksilah edilənlər arasında PKK-nın yüksəksəviyyəli lideri, KCK İcra Şurasının həmsədri Bese Hozat ləqəbli Hülya Oran, həmçinin Nedim Seven, Tekoşin Ozan və Tekin Muş da var.

Bildirilir ki, Hülya Oran 11 dəqiqəlik bəyanat oxuyub.

Hülya Oran 2015-ci il oktyabrın 28-dən Türkiyə Daxili İşlər Nazirliyinin açıqladığı “ən çox axtarılan terrorçular” siyahısında qırmızı kateqoriyadadır. Nazirlik Oranın tutulması üçün 20 milyon lirəyə qədər pul mükafatı elan etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
qafqazinfo.az

1Источники