RU

Millimizdən Bolqarıstanda 3 qızıl medal - FOTO

Suya tullanma üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi 12-ci Sofiya Suya Tullanma Kubokunda çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, yarışda ölkəmizi Aminə Həsənbəyova, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva və Muhamməd Hüseynov təmsil ediblər.

Onları baş məşqçi Anton Melnikov müşayət edib.

Azərbaycan idmançılarıyla bərabər Bolqarıstan, Almaniya, Litva, Macarıstan, Norveç, Rumıniya, Serbiya, Xorvatiya, Türkiyə və Yunanıstan təmsilçilərinin iştirak etdiyi turnirdə komandamız 3 qızıl medal qazanıb.

Ölkəmizin aktivinə hər üç medalı Maqsud Tahirli yazdırıb. O, 1 və 3 metrlik tramplindən, eləcə də 5 metrlik platformadan tullanışlarda bütün rəqiblərini üstələyərək fəxri kürsüyə qalxıb.

Yarışda ümumilikdə 160-dan çox idmançı mübarizə aparıb.

İdman.biz

Избранный
11
4
idman.biz

9Источники