"Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməyə başlayan keçmiş PKK terror təşkilatı proses barədə açıqlama yayıb.
Turkustan.az "Halk TV"yə istinadən xəbər verir ki, özünə "Sülh və Demokratik Cəmiyyət Qrupu" adını verən terror təşkilatı PKK-nın tərəfdarları bu addımı Abdullah Öcalanın iyunun 19-dakı çağırışı əsasında atdıqlarını bildirib. Bildirilib ki, silahlar prosesi müşahidə edənlərin gözü qarşısında yandırılıb.
Artıq prosesə şahidlik edən nümayəndə heyəti bölgəni tərk edib. Qeyd edilib ki, 4-ü komandir olmaqla 30 PKK terrorçusu tərksilah prosesi çərçivəsində silahlarını yandırıb.
Silahı yerə qoyan PKK-lı qrup bəyanat yayaraq bildirib ki, hüquqi yollarla mübarizəni davam etdirmək üçün öz iradələri ilə silahlarını məhv ediblər. /Qaynarinfo/