AZ

PKK silahlarını təhvil verir:Süleymaniyədə tarixi mərhələ - FOTO

MHP başqanı Dövlət Baxçalının çağırışı ilə başlanan “Terrorsuz Türkiyə” prosesində tarixi bir gün yaşanır.

Musavat.com xəbər verir ki, bu gün İraqın Süleymaniyə vilayətindəki Casene mağarasında təşkil edilən simvolik silah təslimi mərasimində PKK terror təşkilatına bağlı 30 nəfərlik qrup, o cümlədən 4 rəhbər şəxs silahlarını rəsmi şəkildə yandıraraq təşkilatdan ayrılıblar.

Casene mağarasında keçirilən mərasim zamanı PKK yandaşları silahlarını qalanan ocağa atıblar.

Həmçinin bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb, helikopterlə havadan nəzarət edildiyi bildirilib.

Bu, silahların təhvili ilə bağlı ilk qrupdur, ikinci 30 nəfərlik PKK qrupunun da yaxın günlərdə silahı buraxacağı gözlənilir.

İlk

İlk

İlk

Musavat.com

 

Seçilən
32
42
musavat.com

10Mənbələr