"Kəpəz" yeni mövsüm öncəsi heyətini gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi Adama Fofananı heyətinə qatıb. Onun son klubu "Adanaspor" olub.

O, "Dijon" (Fransa) və "Verberq" (İsveçrə) klublarının da formalarını geyinib.

25 yaşlı futbolçu müdafiənin solunda oynayır.

Fofana bu yay "Kəpəz"in 3-cü transferi olub. "Göy-sarılar" daha öncə Pedro Qomes və Şakir Seyidovu transfer etmişdi.