RU

Əbu-Dabi görüşü regionun gələcəyi üçün müsbət nəticələr vəd edir - ŞƏRH

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi şəhərində keçirilən görüş iki ölkə arasında münasibətlərin normallaşması baxımından mühüm tarixi əhəmiyyət daşıyır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, görüşün məhz vasitəçisiz keçirilməsi regionda yeni reallıqların və siyasi iradənin formalaşdığını göstərir: “Azərbaycan bu gün regionda sülhün və sabitliyin qurulmasında aparıcı rol oynayır. Əbu-Dabidə keçirilmiş bu mühüm görüş bir daha təsdiq etdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi artıq kənar müdaxilələr olmadan, qarşılıqlı suverenliyin tanınması və beynəlxalq hüququn prinsipləri əsasında mümkündür. Biz sülh istəyirik, amma bu sülh ədalətli və beynəlxalq hüquqa əsaslanmalıdır. Prezident İlham Əliyevin bu məsələdə tutduğu mövqe həm milli maraqlara əsaslanır, həm də regionda dayanıqlı təhlükəsizliyə xidmət edir”.

Deputat bildirib ki, bu görüş həm də Azərbaycanın artan diplomatik nüfuzunun və güclü siyasi iradəsinin təzahürüdür.

“Normallaşma prosesi təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqaz regionunun rifahı və təhlükəsizliyi üçün önəmlidir. Azərbaycanın təşəbbüsləri həm regional əməkdaşlığı genişləndirəcək, həm də beynəlxalq ictimaiyyətin bu prosesə olan etimadını artıracaq. Əbu-Dabi görüşü, eyni zamanda, göstərdi ki, Cənubi Qafqazda davamlı sülh artıq real hədəfə çevrilib”, - deyə o əlavə edib.

Избранный
50
45
azertag.az

10Источники