RU

Lukaşenko xalqa xəbərdarlıq etdi: Başınızı qoruyun

Belarus prezidenti Aleksandr Lukaşenko süni intellektlə bağlı insanlara məsləhət verib.

Publika.az xəbər verir ki, Lukaşenko bu barədə Beynəlxalq Musiqi Festivalının açılışı zamanı danışıb.

"Bu süni intellektin nə olduğunu və nəyə gətirib çıxara biləcəyini başa düşürsünüz?" deyən Lukaşenko auditoriyaya müraciət edərək bildirib ki, o, bu sualı tez-tez dünyanın müxtəlif yerlərindən müxtəlif tərtibatçılara verib, lakin yalnız bir cavab eşidib: “Cənab prezident, biz bilmirik!”

Və sonra Lukaşenko məsləhət verib: "Başını öz əlində saxla. İndi insanların ağlı və başı üçün mübarizə gedir. Biri sənin başını tutan kimi hər şey həll olunacaq. Başınızı saxlayın, xüsusən də uşaqlarınızın başını, qalan hər şey həll olunacaq”.

Избранный
16
publika.az

1Источники