RU

Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub

Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub.

"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qolu Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Selye” matçına (2:3) təsadüf edib. Bakı klubunun Sloveniya təmsilçisi ilə oyununa qədər Azərbaycan komandaları avrokuboklar tarixində keçirilən 470 matçda 499 qol vurmuşdu. Bu qarşılaşmada hesabı açan Pavol Şafranko 500-cü qolun müəllifi olub.

Klublarımızın avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib. Bu müddətdə komandalarımız Çempionlar Liqasında 122, Avropa Liqasında (əvvəlki UEFA Kuboku) 294, Konfrans Liqasında 64, İntertoto Kubokunda 19, Kuboklar Kubokunda 1 qol vurub. Ölkəmizin 21 klubu avrokubok həyəcanı yaşayıb.

Qeyd edək ki, təmsilçilərimizin Avropadakı ilk qolunun müəllifi Yadigar Süleymanov olub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb.

Избранный
34
unikal.az

1Источники