Demokrat.az xəbər verir ki, İsmət Səttarov səfirə Şuranın fəaliyyəti, gördüyü işlər, audiovizual media sahəsinin tənzimlənməsi, ölkədə bu istiqamətdə həyata keçirilən islahatlar və gələcək planlar barədə ətraflı məlumat verib.
O, iki ölkə arasında audiovizual media sahəsində birgə layihələr həyata keçirilməsinin, təcrübə mübadiləsi aparılmasının və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayıb:
"İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Hazırda iki ölkənin media subyektləri, televiziya və radio kanalları arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur".
Səfir Alim Bayel, Azərbaycan və Qazaxıstan arasında əlaqələrin bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini bildirib.
O, yayımçılar arasında əməkdaşlığın gücləndirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb:
"Televiziya kanalları arasında əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin telekanallarının qarşılıqlı şəkildə yayımlanmasının təmin olunması və bu istiqamətdə texniki və hüquqi məsələlərin həlli üçün əməkdaşlıq vacibdir".


10Источники
-
qafqazinfo.az“Moskva-Bakı münasibətləri hazırda çətin dövrünü yaşayır” ( 19491941)
-
demokrat.azPeskovdan Azərbaycanla bağlı suala qəribə cavab ( 19486544)
-
olaylar.azBakı ilə münasibətlər çətin dövrə qədəm qoyur - Kreml ( 19486271)
-
aia.azKreml: Rusiya-Azərbaycan münasibətlərindəki çətinliklər geridə qalacaq ( 19484918)
-
bakuinfo.netBakı ilə münasibətlər çətin dövrə qədəm qoyur - Kreml ( 19484804)
-
vergiler.azYay düşərgəsində tələbələr həm nəzəri, həm də praktiki biliklərini inkişaf etdirmək imkanı qazanıblar ( 19454042)
-
azerbaijan-news.azPrezidentin xüsusi nümayəndəsi: Burada təkcə mərkəzdə yox, digər kəndlərdə də bərpa işləri aparılır ( 19448000)
-
sia.azBurada təkcə mərkəz yox, digər kəndlərdə də bərpa işləri aparılır ( 19445981)
-
ikisahil.azPrezidentin xüsusi nümayəndəsi: Burada təkcə mərkəz yox, digər kəndlərdə də bərpa işləri aparılır ( 19445732)
-
hafta.azPrezidentin xüsusi nümayəndəsi: Burada təkcə mərkəz yox, digər kəndlərdə də bərpa işləri aparılır ( 19445054)