PKK terror təşkilatının bir qrupu İraqın Süleymaniyyə bölgəsində tərksilah olmağa başlayıb.
Redaktor.az xəbər verir ki, silah buraxma prosesi Türkiyə tərəfinin iştirakı və nəzarəti ilə baş tutur.
Qeyd edək ki, iki gün əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib.