RU

Yenicə görəvə gələn rəhbərdən İLGİNC QƏRARLAR!

«Kəpəz»in Müşahidə Şurasının yeni sədri Namiq Qədirov Gəncədə uşaq futbolunun inkişaf etdirilməsi ilə bağlı ona təqdim olunan layihəni dəstəkləməyib. Mayda vəzifə başına keçən iş adamı bu sahəyə dəstək göstərməkdən boyun qaçırıb. O, klubdaxili toplantıda öz mövqeyini ortaya qoyub. Bildirib ki, onu yalnız əsas komanda maraqlandırır, nəticədən savayı heç nəyi fikirləşmir.
Avropada yaşayan biznesmen deyib ki, akademiyaya vəsait ayırmağa hazırlaşmır və AFFA tərəfindən
uşaq futboluna ayrılan məbləğlə kifayətlənmək lazımdır. Sədr qeyd edib ki, klubda çalışan heç bir əməkdaşın əməkhaqqısını artırmayacaq: kim əvvəl hansı maaşa işləyibsə, ona da qane olmalıdır, narazı qalanlar isə çıxıb gedə bilər.
N.Qədirov həmçinin aşağı yaş qruplarında əmək sərf eləyən məşqçi və texniki personalla 12 aylıq xidməti müqavilənin imzalanmasına qarşı çıxıb. Söyləyib ki, onlara 11 ay məvacib verməyə də tərəfdar deyil, ödəmələr 10 aydan o tərəfə keçməməlidir. Halbuki ötən mövsüm klub daxili imkanları hesabına maaş büdcəsini 11 aya «yayıb», indi isə yeni rəhbər kisənin abzını geniş açmaq əvəzinə belə bir yön tutur.
Təbii ki, bu da yaxşı hal sayıla bilməz, «Kəpəz»in gələcəyini şübhə altına almaq deməkdir. İlk vaxtlar Qədirovdan gözləntilər böyük idi, indi isə hamı ümidsizliyə qapılmağa başlayıb.
O, iş adamıdır, futboldan uzaq biridir. Öncələr bu sektorda 1 gün də olmayıb,Odur ki, necə bir yanlış istiqamət götürməsinin fərqinə varmır.
Böyük vədlərlə «Kəpəz»ə sahiblənən biznesmenin kurusunu dəyişməsi klubda böhran yaradacaq. Deyilənləri etməsə, hər şey əvvəlkindən pis olacaq. Görünür ki, Qədirova təhlükə barədə xəbərdarlıq edən yoxdur. Varsa da, kimsəyə qulaq asmır.
SPORTİNFO.AZ

Избранный
21
sportinfo.az

1Источники