RU

Ata TikTok hesabını silmək istəmədiyi üçün qızını öldürüb

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Pakistanın Ravalpindi şəhərində ata TikTok hesabını silməkdən imtina edən qızı öldürüb. Ailə qətli intihar kimi göstərməyə çalışıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pakistan polisi bir nəfərin TikTok video paylaşma platformasında hesabını silməkdən imtina edən 16 yaşlı qızına atəş açaraq öldürdüyünü açıqlayıb. Polis sözçüsü AFP xəbər agentliyinə deyib ki, “Qızın atası ondan TikTok hesabını silməsini istəyib. Qız imtina edəndə onu öldürüb”.

Polisin agentliklə paylaşdığı hesabata görə, istintaq orqanları həmin şəxsin çərşənbə axşamı qızı “namus” bəhanəsi ilə öldürdüyünü müəyyən edib. Hadisədən sonra şübhəli şəxs nəzarətə götürülüb.

Hücumun baş verdiyi Ravalpindidə polis rəsmiləri bildiriblər ki, ailə əvvəlcə qətli intihar kimi göstərməyə çalışıb.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
1
icma.az

2Источники