RU

Xarkovda gecə PUA hücumu 9 yaralı, doğum evi və yaşayış binaları dağıldı

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

İyulun 11-nə keçən gecə Rusiya Silahlı Qüvvələri yenidən Ukraynanın Xarkov şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib.

“AzPolitika” xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində Xarkovun Saltivka rayonundakı yaşayış binası zərbə alıb və 9 nəfər mülki şəxs yaralanıb.

Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti hadisə ilə bağlı daha ətraflı məlumat yayıb. Bildirilir ki, PUA zərbələri nəticəsində bir neçə yaşayış binası, doğum evi, mağazalar, avtotəmir qarajı və nəqliyyat vasitələri ziyan görüb. Partlayışlardan sonra binalardan birinin damında və stomatoloji klinikada yanğın baş verib.

Ukrayna hakimiyyəti hücumu mülki infrastruktura qarşı məqsədli hücum kimi qiymətləndirir və baş verənləri Rusiya tərəfindən müharibə cinayəti olaraq dəyərləndirir.

Qeyd edək ki, Xarkov şəhəri son aylarda Rusiya ordusunun dron və raket hücumlarına daha intensiv məruz qalır. Aprel–may aylarında da şəhərdə mülki obyektlərə qarşı bir neçə dağıdıcı hücum həyata keçirilmişdi.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
azpolitika.info

1Источники