RU

QHT.az saytının 10 yaşını QEYD EDİR

Bu gün QHT.az saytının 10 yaşı tamam olur.

 

News365.az xəbər verir ki, sayt tanınmış jurnalist Cəsarət Hüseynzadənin gərgin əməyi nəticəsində 2015-ci ildə həyata vəsizqə qazanıb.

İnformatorların bol, rəqabətin güclü olduğu bir vaxtda yaranan QHT.az qısa zaman kəsiyində çox böyük uğurlara imza atıb. Nəzərə alaq ki, bu həm də sahəvi saytdır. Belə bir saytı populyarlaşdırmaq, izləyici qazanmaq olduqca çətin idi. Lakin, zamanın tələbinə uyğun olaraq peşəkar jurnalistləri bir araya gətirən Cəsarət Hüseynzadə  nəhayət ki, ixtisaslaşmış sayt yarada bildi. Və bu gün mətbuat cameəsində uğurla və peşəkarcasına addımlayır.

Xatırladaq ki, QHT.az 18 yanvar 2023-cü ildə Medianın İnkişafı Agentliyi tərəfindən media reyestrinə daxil edilib. Bu da saytın ciddiliyindən xəbər verir.

Əlamətdar gün münasibətilə biz də QHT.az saytı ailəsini səmimi qəlbdən təbrik edir, çətin və şərəfli yolda onlara daha böyük uğurlar arzulayırıq!

 

Hörmətlə, News365.az ailəsi.

Избранный
40
2
news365.az

3Источники