RU

İrəvanda Samvel Karapetyanın daha bir adamı saxlanıldı

ain.az, Modern.az saytına istinadən bildirir.

Ermənistanda həbs olunan rusiyalı biznesmen Samvel Karapetyanın şirkətlər qrupuna aid “Taşir Pizza” restoranları şəbəkəsinin direktoru Vaqinak Kazaryan saxlanılıb.Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun barəsində 1 ay həbs qətimkan tədbiri seçilib.

Məlumata əsasən, onun həbsi “Taşir” şirkətlər qrupunun təsisçisi Samvel Karapetyanın işi ilə əlaqəli olub.

Erməni əsilli rusiyalı milyarder, “Taşir" şirkətlər qrupunun prezidenti Samvel Karapetyan iyunun 18-də saxlanılıb.O, ermənistanda hakimiyyət dəyişikliyinə cəhd edən qüvvələri dəstəkləməkdə ittiham olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
1
modern.az

2Источники