RU

BMT İİV virusunun yayılmasının qarşısını almağa çağırıb

Bakı. Trend:

BMT-nin İİV-QİÇS-lə mübarizə proqramı (UNAIDS) yoxsuldövlətlərdə, xüsusən Afrikada dərinləşən böhranla bağlı səhiyyəyəayrılan maliyyə vəsaitlərinin azalması fonunda İİV(İmmunçatışmazlığı virusu) və onun sonrakı mərhələsi QİÇS-inyayılması ilə bağlı xəbərdarlıq edib.

Trend BMT-ninməlumatına istinadla xəbər verir ki, bu çağırışlar fonunda vuruşdanən çox təsirlənən ölkələrin bir çoxunun müvafiq addımlar atdığı davurğulanır.

Hesabatda sorğuda iştirak edən 60 aşağı və orta gəlirli ölkədən25-nin 2026-cı ildə İİV-ə qarşı daxili büdcələri artırmağıplanlaşdırdığını bildirilir ki, bu da artan milli liderliyin vəcavab tədbirlərinə sadiqliyin bariz əlamətidir.

UNAIDS qeyd edir: “Perspektivli olsa da, bu cür səylər qlobaldonorlardan çox asılı olan ölkələrdə beynəlxalq maliyyələşdirməmiqyasını əvəz etmək üçün kifayət deyil. 2024-cü ildə İİV-ə qarşıcavab tədbirlərində nəzərəçarpacaq irəliləyişlərə baxmayaraq, bu ilVaşinqtonda və digər əsas donor paytaxtlarda kəskin maliyyəçatışmazlığı səbəbindən İİV-in qarşısının alınması proqramları vəmüalicə xidmətlərində çoxlu fasilə olub. Hətta genişmiqyaslıxidmətin dayandırılmasından əvvəl hazırlanan 2024-cü il üçünhesabat məlumatları göstərir ki, İİV ilə yaşayan 9,2 milyon insanhələ də həyati xilasedici müalicələrə çıxış əldə edə bilmir. Həminil uşaqlar arasında QİÇS-lə bağlı 75 mini ölüm faktı qeydəalınıb.

UNAIDS-in icraçı direktoru Vinni Bianyima qeyd edib: “Bu, sadəcəmaliyyə çatışmazlığı deyil, saatlı bombadır, çünki QİÇS-ə yardımproqramlarının əksəriyyəti ləğv edilir və yoluxmuş insanların böyükbir hissəsi çox ehtiyac duyulan müalicə prosesindən kənardaqalır”.

ABŞ tərəfindən dəstəklənən İİV-in müalicəsi və qarşısınınalınması xidmətləri tamamilə iflasa uğrasa, UNAIDS 2025-2029-cuillər arasında əlavə altı milyon yeni İİV infeksiyasının və dördmilyon əlavə QİÇS-lə bağlı ölümün baş verə biləcəyini təxminedir.

BMT bununla əlaqədar vurğulayıb: “Ölkələr və icmalar müalicəresurslarını qorumaq üçün addım atdıqca, acınacaqlı mənzərəyərəğmən bu böhranı fürsətə çevirmək üçün hələ vaxt var”.

2024-cü ilin dekabr ayına olan məlumata görə, Saharaaltıbölgəsində Afrikanın yeddi ölkəsi 95-95-95 hədəflərinə nail olub:İİV-lə yaşayan insanların 95 faizi öz statuslarını bilir, onların95 faizi müalicə olunur və müalicə alanların 95 faizində yaxşılaşmaqeydə alınıb. UNAIDS bildirir ki, bu uğurlar qorunub saxlanılmalıvə daha da genişləndirilməlidir, İİV-ə qarşı qlobal cavab yalnızdaxili resurslara arxalana bilməz. “Maliyyə problemləri aradanqaldırılsa, biz 2030-cu ilə qədər QİÇS-i ictimai sağlamlıqtəhlükəsi kimi aradan qaldıra bilərik”, -deyə Proqramın icraçıdirektoru vurğulayıb.

Избранный
8
6
az.trend.az

7Источники