RU

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Əliağa Vahid" yarımstansiyasında iyulun 11-də yenidənqurma işləri həyata keçiriləcək.

 

Pravda.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

 

Bildirilir ki, bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək Bakı-Sumqayıt şosesi, Xırdalan şəhəri Heydər Əliyev prospekti, Nizami Gəncəvi küçəsi, Kənd Xırdalan ərazisinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Tarix: 11 İyul 2025, 08:21   
Избранный
9
24
pravda.az

10Источники