RU

İran zədələnmiş infrastrukturların bərpasında Rusiyanın yardımına ümid edir

İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS-a müsahibəsində bildirib ki, lazım gəldiyi halda Rusiya İranın zədələnmiş infrastrukturunun bərpasında yardım göstərə bilər.

O qeyd edib ki, bu yardım İranla Rusiya arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinə uyğun olaraq mümkün ola bilər. Saziş iki ölkənin regional sabitlik və təhlükəsizliyi dəstəkləməsini və birtərəfliliyə qarşı birgə mübarizə aparmasını nəzərdə tutur.

Cəlali əlavə edib ki, Rusiya regionda gərginliyin azaldılması istiqamətində vasitəçilik rolu da oynaya bilər.

İyunun 13-də İsrail İranın nüvə və müdafiə obyektlərinə qarşı “Qalxan Şir” adlı hərbi əməliyyata başlayıb.

Daha sonra ABŞ bu əməliyyata qoşularaq Fordo, Natanz və İsfahan şəhərlərindəki hədəfləri bombalayıb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, nəticədə İranın nüvə proqramı tamamilə məhv edilib.

N.Təbrizli

Избранный
30
36
anews.az

10Источники