RU

“Qızıma deyib ki, get özünü balkondan at yerə...” Video

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Könül bacısına zəng edib deyib ki, yoldaşı onu bıçaqla hədələyir”.

“Qafqazinfo”nun məlumatına görə, bu iddianı “Xəzər Xəbər”ə 11 gün öncə yaşadığı evin eyvanından yıxılaraq ölən 20 yaşlı Könül İbrahimovanın valideyni deyib.

“Qızıma deyib ki, get özünü balkondan at yerə. Sora deyib ki, “səni özüm atacam, heç kəs bilməyəcək ki, mən etmişəm”. İki ay yarım onun yanında iztirablarla yaşayıb”, - deyə K. İbrahimovanın atası bildirib.

Valideynlər bildirirlər ki, hadisə anının kamera görüntülərinə baxdıqda da müəyyən şübhələr yaranır. Çünki, övladları eyvandan düşəndən sonra Nicat Yusifzadə çox rahat şəkildə hadisə yerinə gəlir.

Mərhumun yaşadığı binanın komendantı, hadisə şahidi Nəsimi Dadaşlı da cütlüyün daim problemlərinin olduğunu iddia edib.

Daha ətraflı videomaterialı təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
21
qafqazinfo.az

10Источники