RU

Tramp: ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər

ABŞ-nin NATO-dakı müttəfiqləri, yeni razılaşmalara əsasən, Amerika silahlarının Ukrayna üçün pulunu tam ödəyəcəklər.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində deyib.

Biz NATO-ya silah göndəririk və NATO bu silahlara görə pulu 100 % ödəyir. Biz silahları NATO ölkələrinə göndərəcəyik və sonra alyans bu silahları Ukraynaya verəcək, NATO isə bu silahların pulunu ödəyəcək”, - o bildirib.

Amerika lideri Şimali Atlantika Alyansının iyun ayında keçirilən sammitində ABŞ silahlarının Ukraynaya tədarükü ilə bağlı bu prosedura dair razılaşmaların əldə edildiyinə diqqət çəkib.

Избранный
34
1
report.az

10Источники