RU

Məşhur aviaşirkət kriptovalyuta ilə ödənişə keçir

“Emirates” hava yolları şirkəti müştərilərinə kriptovalyuta ilə bilet almaq imkanı təqdim edəcək.

Bakues.az xəbər verir ki, bu barədə məlumat aviadaşıyıcının saytında dərc olunub.

Şirkət bu məqsədlə Crypto.com ilə müqavilə imzalayıb və Crypto.com Pay xidmətini öz ödəniş sistemlərinə inteqrasiya edəcək. İnkişaf prosesinin 2026-cı ildə tamamlanması planlaşdırılır.

“Emirates” rəhbərliyi ümid edir ki, kriptovalyuta ilə ödənişlər müştərilərin dəyişən tələblərinə cavab verəcək və gənc auditoriyanı cəlb edəcək.

Qeyd edək ki, “Emirates”, “Skytrax” konsaltinq şirkətinin 2025-ci il reytinqinə görə dünyanın ən yaxşı aviaşirkətləri arasında 3-cü yeri tutub. Siyahının ilk pillələrində isə “Qatar Airways” və “Singapore Airlines” qərarlaşıb.

Избранный
11
1
icma.az

2Источники