RU

Naxçıvanda ümumi daxili məhsul istehsalı 760 milyon manata yaxın olub

Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 759 milyon 883 min 500 manat olub.

Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı isə 4 faiz artaraq 1612 manat olub.

Bizim.Media

Избранный
17
7
bizim.media

10Источники