RU

Arda Turanın klubu darmadağınla başladı

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

UEFA Avropa Liqasında 2025/26 mövsümünə start verilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 8 görüş keçirilib.

Azərbaycan təmsilçisi “Sabah” evdə Sloveniya “Çelye”sinə 2:3 hesabı ilə məğlub olub.

Türkiyəli mütəxəssis Arda Turanın rəhbərliyi ilə ilk matçına çıxan “Şaxtyor” darmadağına imza atıb. Donetsk təmsilçisi “İlves”in qapısından 6 cavabsız top keçirib.

1-ci təsnifat mərhələsinin ilk oyunlarının nəticələri:

“Sabah” (Azərbaycan) - “Çelye” (Sloveniya) - 2:3

AEK (Kipr) - “Partizan” (Serbiya) - 1:0

“Şerif” (Moldova) - “Priştina” (Kosovo) - 4:0

“Paks” (Macarıstan) - ÇFR (Rumıniya) - 0:0

“Levski” (Bolqarıstan) - “Hapoel Beer-Şeva” (İsrail) - 0:0

“Şaxtyor Donetsk” (Ukrayna) - “İlves” (Finlandiya) - 6:0

“Spartak Trnava” (Slovakiya) - “Hakken" (İsveç) - 0:1

“Legiya” (Polşa) - “Aktobe” (Qazaxıstan) - 1:0

Qeyd edək ki, mərhələnin cavab oyunları iyulun 17-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
2
qafqazinfo.az

4Источники