RU

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

UEFA Konfrans Liqasında növbəti oyunlar keçirilib.

Fanat.Az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində daha 22 matç baş tutub.

Finlandiya komandası HİK Farer adalarında "Runavik"ə böyük hesabla məğlub olub. Finlandiyanın digər təmsilçisi SJK də adalıların öhdəsindən gələ bilməyib. Bu kollektiv evdə  "Klaksvik"ə (Farer adaları) 1 top fərqi ilə uduzub.

Gürcüstan təmsilçisi "Torpedo" öz meydanında Qazaxıstanın "Ordabası" komandasını yenib. Bu oyun KL-də gecənin ən məhsuldar qarşılaşması olub. Digər Gürcüstan klubu "Dila" da Lüksemburqda "Rasinq"i üstələyib.

Azərbaycanı bu yarışda təmsil edəcək “Zirə” ilə “Araz-Naxçıvan” isə mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaqlar.

Konfrans Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar
10 iyul

Atletik Eskaldes (Andorra) – Düdelanj (Lüksemburq) 2:0
Maqpies (Cəbəllütariq) – Payde (Estoniya) 2:3
Jalgiris (Kaunas, Litva) – Penibont (Uels) 3:0
SJK (Finlandiya) – Klaksvik (Farer adaları) 1:2
Torpedo (Gürcüstan) – Ordabası (Qazaxıstan) 4:3
Rasinq (Lüksemburq) – Dila (Gürcüstan) 1:2
Urartu (Ermənistan) – Neman (Belarus) 1:2
Nımme Kalyu (Estoniya) – Partizani (Albaniya) 1:1
Birkirkara (Malta) – Petroklub (Moldova) 1:0
Deçiç (Monteneqro) – Sileks (Şimali Makedoniya) 2:0
Vlajniya (Albaniya) – Dauqavpils (Latviya) 0:1
Torpedo (Belarus) – Rabotniçki (Şimali Makedoniya) 3:0
Malişeva (Kosovo) – Vikinqur (İslandiya) 0:1
Sutyeska (Monteneqro) – Dinamo (Brest, Belarus) 1:2
Vardar (Şimali Makedoniya) – La Fiorita (San Marino) 3:0
Jelezniçar (Bosniya və Herseqovina) – Koper (Sloveniya) 1:1
Runavik (Farer adaları) – HİK (Finlandiya) 4:0
Sent Patriks (İrlandiya) – Hegelman (Litva) 1:0
Boraç (Bosniya və Herseqovina) – Santa Koloma (Andorra) 1:4
Tre Fyori (San Marino) – Pünik (Ermənistan) 1:0
Larne (Şimali İrlandiya) – Auda (Latviya) 0:0
Valyur (İslandiya) – Flora (Estoniya) 3:0

Избранный
31
6
fanat.az

10Источники