RU

Türkiyəni tərk edən aktyor xəstəliklə mübarizə APARIR

Türkiyəli tanınmış aktyor Tolqahan Sayışman ailəsi ilə birlikdə köçdüyü Albaniyada adenovirus infeksiyası ilə mübarizə aparır.

Musavat.com xəbər verir ki, aktyor bu barədə sosial şəbəkə hesabında paylaşım edib. “10 gündür çox əziyyət çəkirik”, – deyən Sayışman, xüsusilə uşaqlı ailələri ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, Tolqahan Sayışman və həyat yoldaşı Almeda Abazi 2023-cü ildə baş vermiş Hatay zəlzələsindən sonra Türkiyəni tərk edərək Albaniyada yaşamağa başlayıblar. Onların paylaşımından sonra sosial mediada “Adenovirus nədir?” sualının axtarışı xeyli artıb. 

ADENOVİRUS NƏDİR?

Adenovirus – tənəffüs yolu infeksiyalarından tutmuş göz iltihabına qədər bir çox xəstəliyə səbəb ola bilən yoluxucu virus növüdür.
Xüsusilə uşaqlar arasında geniş yayılan adenovirus infeksiyaları qızdırma, boğaz ağrısı, öskürək və göz qızartısı kimi əlamətlərlə özünü göstərir.

Havadan asanlıqla yayılan bu virus gigiyena qaydalarına riayət olunmadıqda sürətlə yoluxa bilər.

 

Musavat.com

Избранный
34
musavat.com

1Источники