RU

"Qarabağ"da ayrılıqlar davam edir - O dagedənlər sırasına qoşuldu

"Qarabağ"da növbəti ayrılıq yaşanıb.

Komandanı tərk edənlər sırasına Abbas Hüseynov da qoşulub.

O, uzun müddət şərəfini qoruduğu Ağdam təmsilçisini tərk edib.

30 yaşlı müdafiəçi 2017-ci ildən "köhlən atlar"ın formasını geyinir.

Arxa xətt oyunçusu bu müddətdə meydana çıxdığı 173 matçda 6 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycan millisinin üzvü "Qarabağ"a kimi həm də "Şamaxı"da ( köhnə adı ilə "İnter") çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
30
sportinfo.az

1Источники