RU

Azərbaycandan Türkiyəyə pul köçürmələri azalıb

Bu ilin birinci rübündə Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 32,427 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,204 milyon ABŞ dolları və ya 16% azdır. 2024-cü ilin birinci rübündə Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 38,631 milyon ABŞ dolları təşkil edib.

Bu dövrdə Türkiyədən Azərbaycana 39,584 milyon ABŞ dolları həcmində pul köçürülüb ki, bu da, illik müqayisədə 336 min ABŞ dolları, yaxud da 0,8% azdır. Ötən ilin ilk üç ayında bu məbləğ 39,920 min ABŞ dolları idi.

AzPost.az

Избранный
19
2
azpost.info

10Источники