"Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliçin köməkçiləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


47 yaşlı serbiyalı mütəxəssisin köməkçiləri Veliçko Kaplanoviç, Şahin Abdullayev və Vurğun Hüseynov olacaq. Fiziki hazırlıq üzrə məşqçi vəzifəsini Darko Obradoviç yerinə yetirəcəksə, qapıçılar üzrə məşqçi Emil Babayev olacaq.


Xatırladaq, "Sumqayıt" Saşa İliçlə 1 illik müqavilə bağlayıb.