RU

Tramp Zəngəzur dəhlizinin İsveçrə şirkətinə verilməsini təklif edib?

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Məmmədəli Əmirxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə M.Əmirxanovun hadisəni törədərkən anlamsız olması qənaətinə gəlib və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.

İttihama görə, hadisə ötən il oktyabrın 13-də Bakının Suraxanı rayonunda baş verib. 1987-ci il təvəllüdlü Səid Əhmədov küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məmmədəli Əmirxanov saxlanılıb. Araşdırmalarla M.Əmirxanovun şəxsi münaqişə zəminində Səid Əhmədova bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Избранный
36
avtosfer.az

1Источники