RU

Qadınlar və kişilər niyə xəyanət edir?

"Xəyanətin əsas səbəbi cansıxıcılıq deyil, partnyorların münasibətlərində emosional və erotik tənəzzüldür".

Publika.az xəbər verir ki, bunu “The Telegraph” qəzetinə müsahibəsində 45 illik təcrübəyə malik psixoterapevt və seksoloq Ester Perel deyib.

Perel qeyd edib ki, uzunmüddətli münasibətlərdə insanlar arasında ehtirasın yavaş-yavaş sönməsi qeyri-adi deyil. Psixoterapevtin sözlərinə görə, bu, normal bir proses olsa da, bəzən hər iki tərəfdaşın və ya onlardan birinin özünü tənha hiss etməyə başlamasına gətirib çıxarır. Mütəxəssis deyib ki, insanları aldatmağa sövq edən də budur.

"Ancaq uzunmüddətli münasibətdə ehtirasları geri qaytarmaq mümkündür. Bunun üçün partnyorunuzu yeni bir tərəfdən görməyə çalışmaq lazımdır. Yataqda təcrübələr, uzun-uzadı ürəkdən söhbətlər, yeni ritualların yaradılması buna kömək edəcək. Bu, tərəfdaşınıza sizi və özünü yeni kontekstdə görmək imkanı verməklə bağlıdır", - Perel deyib.

Избранный
49
4
publika.az

5Источники