RU

Elektromobil dünya rekordu qırıb

 “Lucid Motors” şirkətinin elektromobili bir dəfə tam şarj olunmaqla ən uzun məsafə qət edərək Ginnesin Rekordlar Kitabına düşüb. Dünya rekordunu müəyyənləşdirən “Lucid Air Grand Touring” modeli İsveçrənin Sent-Morits şəhərindən Almaniyanın Münhen şəhərinə qədər 1205 km məsafəni heç bir şarj stansiyası olmadan qət edib. Şirkətdən bildirilib ki, marşrut dağ yolları, avtomagistrallar və ikinci dərəcəli yolları əhatə edib. Bu yeni rekord 2025-ci ilin iyun ayında müəyyən edilmiş əvvəlki 1045 km-lik göstəricidən 160 km daha çoxdur.

“Lucid Air Grand Touring” şirkətə məxsus elektrik güc qurğusu ilə təchiz olunub. Mühərrikin gücü 831 at gücü, WLTP (Worldwide Harmonised Light Vehicles Test Procedure) dövriyyə standartına əsasən, gediş ehtiyatı isə 817 km-dən 960 km-ə qədərdir. Batareyanın enerji sərfiyyatı hər 100 km üçün 13.5-16 kVt-saat, maksimal sürət isə 270 km/saat təşkil edir. Elektromobil super sürətli şarj texnologiyasını dəstəkləyir. Bu texnologiya sayəsində cəmi 16 dəqiqəyə 400 km məsafəyə yetəcək qədər enerji toplamaq mümkündür.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Избранный
35
azerbaijan-news.az

1Источники