RU

Trampın tarif planları ABŞ iqtisadiyyatına zərbə vura bilər

ain.az, Dogru.az portalına istinadən məlumat verir.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 500%-lik gömrük rüsumları tətbiq etməklə bağlı təşəbbüsü ilk növbədə Amerikanın öz iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Vladimir Çijov TASS-a açıqlamasında danışıb. Onun fikrincə, bu cür yüksək tariflər yalnız qlobal iqtisadi əlaqələri sarsıtmaqla kifayətlənməyəcək, həm də ABŞ üçün iqtisadi çətinliklər yaradacaq: “Hətta hansısa real addımlar atılsa belə, bu, ilk növbədə ABŞ-ın özünün iqtisadi maraqlarına zidd olacaq”.

Çijov bildirib ki, tarif təhdidləri əsasən BRİKS ölkələrinə – Çin, Hindistan və Braziliyaya yönəlib. Halbuki Çin ABŞ-ın ən böyük iqtisadi tərəfdaşlarından biri olaraq qalır.

O, həmçinin əlavə edib ki, Trampın əvvəllər səsləndirdiyi bir çox sərt bəyanatlar sonradan reallaşmayıb və əsasən deklarativ xarakter daşıyıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov da Trampın irəli sürdüyü yeni 500%-lik tarif təşəbbüsünün ətraflı təhlil tələb etdiyini vurğulayıb.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
dogru.az

1Источники