Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 11-də Cənubi Koreyanın Çxunxcon şəhərində parataekvondo üzrə Çxunçxon Açıq Çelenc turniri keçiriləcək.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanı yarışda K44 kateqoriyasında Sabir Zeynalov (58 kiloqram), Amin Şıxalıyev (63 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Orxan Cəfərov (80 kiloqram) təmsil edəcəklər.
Turnir “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.