RU

İndi sıra Ermənistandadır

Ermənistan Baş naziri Nikol Paşinyanın sülhə dair çıxışları və verdiyi mesajlar siyasi dairələrdə və ictimaiyyətdə geniş müzakirə olunur. Paşinyan açıq şəkildə bildirir ki, Bakı və Ankara ilə münasibətləri normallaşdırmaq istəyir. Bu bəyanatlar ilk baxışdan konstruktiv və gələcəyə yönəlmiş kimi görünür. Amma məsələ ondadır ki, bu "konstruktivlik" hansı motivasiyalarla səsləndirilir və hansı nəticələrə gətirib çıxara bilər?

Taktika, yoxsa dönüş nöqtəsi?

Bəzi müşahidəçilərə görə, Paşinyanın bu yumşaq ritorikası bir növ diplomatik manevrdir – məqsəd, güzəştə getmədən əlavə siyasi dividendlər qazanmaqdır. Ermənistan daxilindəki revanşist dairələrin hələ də aktiv olduğu bir vaxtda, bu cür bəyanatlarla beynəlxalq ictimaiyyətin rəğbətini qazanmaq və Azərbaycanın üzərinə daha çox təzyiq formalaşdırmaq cəhdi ola bilər.

Digər tərəfdən, regionda yaranmış yeni geosiyasi reallıqlar, xüsusilə Rusiyanın zəifləyən təsiri və Qərbin artan marağı, Ermənistanı daha çevik və açıq siyasət yürütməyə məcbur edir. Belə bir fonda, Paşinyanın səsləndirdiyi fikirləri tamamilə taktiki gediş saymaq da birtərəfli yanaşma olardı.

Əbu-Dabi görüşü: real addımların başlanğıcımı?

Bu kontekstdə, İlham Əliyev və Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş xüsusi əhəmiyyət kəsb edir. Görüşün konkret nəticələri barədə hələlik geniş informasiya yoxdur, lakin fakt budur ki, danışıqların davam etməsi özü belə önəmlidir. Azərbaycan tərəfi daim vurğulayıb ki, sülh yalnız konkret və ölçülə bilən addımlarla mümkündür. Paşinyan da bunu anlayır və görünür, bu dəfə sülhü təkcə ritorikada yox, praktik planda da gündəmə gətirmək niyyətindədir.

Əbu-Dabidəki görüş, həmçinin, vasitəçilər kontekstində də önəmli idi. Bu dəfə nə Moskva, nə Brüssel, nə də Vaşinqton vasitəçilik etdi.

Rusiyanın kölgəsi və zəifləmiş təsiri

Избранный
20
aznews.az

1Источники