RU

Həftənin QAZANCI - Həftə-reytinq

Yazını böyüt
Yazını kiçilt

“Forbes Türkiyə” jurnalı Türkiyənin konsertlərdən ən çox qazanan müğənnilərinin siyahısını açıqlayıb. Siyahıda birinci yerdə Cem Adrian qərarlaşıb. Belə ki, o, 6 milyon avro olan illik gəlirini 8 milyon avroya çıxarıb. İkinci sırada yer alan Hakan Altun gəlirini 3 dəfə artıraraq 7,5 milyon avro qazanıb. Üçüncü sırada yer alan Yalın isə təxminən, 7 milyon avro qazanıb.

 

Həftənin MƏĞLUBU

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununu keçirib.  Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi “Metallist” (Xarkov) ilə üz-üzə gəlib. Qarşılaşma Ağdam klubunun məğlubiyyəti ilə bitib – 4:5. “Qarabağ”ın heyətində Nəriman Axundzadə dubl edib, digər qolları Aleksey Kaşukla Emmanuel Addai vurublar.

 

Həftənin İNTİHARI

Rusiyanın nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoyt ölü tapılıb. Roman Starovoyt cəmi 419 gün nəqliyyat naziri vəzifəsində çalışıb. Bu vəzifənin icrası müvəqqəti olaraq nəqliyyat nazirinin müavini Andrey Sergeyeviç Nikitinə həvalə edilib. Rusiya KİV-dəki bəzi məlumatlara görə, Roman Starovoyt 2023-cü ildə Daxili İşlər Nazirliyinin rəhbərliyindən aldığı mükafatlı silahla özünü güllələyib.

 

Həftənin GÖRÜŞÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin müxalifət partiyalarından olan DEM Partiyasının nümayəndə heyətini qəbul edib. Ölkədə terrorun başa çatdırılması prosesinin gedişatında baş tutan görüşdə partiya başqanının Böyük Millət Məclisindəki nümayəndəsi Pervin Buldan və Şanlıurfadan millət vəkili Mithat Sancar iştirak edib.

 

Həftənin PARTİYASI

Amerikalı milyarder İlon Mask “Amerika” siyasi partiyasının qeydiyyatı ilə bağlı ABŞ Federal Seçki Komissiyasına (FEC) müraciət edib. Müvafiq sənəd qurumun portalında yerləşdirilib. Bəyanata əsasən, partiya “Amerika” (America Party, AMEP) adlandırılacaq. Müraciət iyulun 6-da təqdim edilib.

 

Həftənin QARI

Türkiyənin bəzi ərazilərində temperatur səviyyəsinin enməsi səbəbindən qar yağıb. Rize, Trabzon və Bayburt şəhərlərinin bəzi kəndlərində qar müşahidə edilib. Agentliyə danışan sakinlər iyul ayında qar yağmasına görə çaşqınlıq içərisində olduqlarını dilə gətiriblər. Sözügedən ərazilərdən qar görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Избранный
18
hafta.az

1Источники