"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris"i Niderland toplanışında son yoxlama matçını keçirib.


Rekord.az xəbər verir ki, "Alkmaar"la qarşılaşan "Aris" 2:3 hesabı ilə məğlub olub.


Xətırladaq ki, Yunanıstan təmsilçisi əvvəlki yoxlama oyunlarında Şotlandiya "Livinqston"una 1:3, Belçika "Anderlext"inə 0:1 hesabı ilə uduzub.


"Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.