RU

Oxumağı, yazmağı bacarmasa da, yazıları rəqəmlərlə anlayır

ASTARA, 10 iyul. TELEQRAF

Astaranın Maşxan kənd sakini Seymur Hüseynov gənc yaşlarından ticarətlə məşğul olduğuna görə heç vaxt məktəbə gedə bilməyib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, o, oxumağı, yazmağı bacarmasa da, həyatını özünəməxsus şəkildə qurub.

Seymur telefonunda adları oxuya bilmədiyi üçün onları rəqəmlərlə əvəz edir və yadda saxlayır.

Onun telefon kitabçası rəqəmlərlə kodlaşdırılmış şəxslərlə doludur. Məsələn, daima əlaqə saxladığı sürücü “10” rəqəmi ilə qeyd olunub. Kimsə həmin adamın nömrəsini istəyəndə, Seymur sadəcə “10” yazaraq tapır.

O, bu üsulla yüzlərlə şəxsi yadda saxladığını deyir: “Bilirəm 60 kimdir, 70 kimdir. Deyirlər ki, pəncərə-qapı düzəldənin nömrəsini ver, mən də 82 yazıram, nömrəni verirəm, baxırlar, düz çıxır”.

Üç övladı olan Seymur hazırda onların təhsil alması üçün əlindən gələni edir. Deyir ki, övladlarının özü kimi olmaması üçün əlləşir: “İstəmirəm onlar mənim kimi çətinlik çəksinlər”.

Избранный
34
2
teleqraf.com

3Источники