"Karvan" qapıçısı Kamran İbrahimovla müqaviləsini uzadıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı çərçivə qoruyucusu daha bir mövsüm Yevlax təmsilçisində çıxış edəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Karvan" bu yay heyətini hələlik iki oyunçu ilə gücləndirib: Eltun Turabov və Süleyman Əhmədov.

Bölgə klubu 10 futbolçu ilə isə yollarını ayırıb: Peyman Keşhavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipouv, Begzod Khulikulov, Emil Qasımov, Bəhruz Teymurov, Ezekiel Morqan, İzzət Müştaqov, Elvin İsmayılov və Müşviq Teymurov.