RU

Havaların soyuq keçməsi Azərbaycan turizminə necə təsir edib? - EKSPERT

Azərbaycan dörd fəsildə turizm potensialına malik ölkə kimi regionda öz mövqeyini möhkəmləndirməkdədir. Zəngin təbiəti, iqlim müxtəlifliyi və geniş istirahət imkanları ilə hər il minlərlə turisti qəbul edir. Yay aylarında xüsusilə dağ və yayla turizmi canlanır, istirahət zonalarında doluluq maksimum həddə çatır. Lakin bu il ölkədə fərqli qeyri-sabit və nisbətən soyuq hava şəraiti hökm sürür.

Havaların soyuq keçməsi Azərbaycan turizminə necə təsir edir? Onlar üçün nə qədər itki deməkdir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan Turizm üzrə ekspert Ceyhun Aşurov bildirdi ki, yay fəsli turistlərin ən çox səfər etdiyi mövsümdür: "Bu vaxtlar dəniz, çimərlik turizmi mövsümi xarakter daşıdığı üçün daha papulyar olur. Məktəb və universitetlərdə tətil başladığına görə, insanların çoxusu daha çox ilin bu fəslində ailəlikcə səfər edirlər. Lakin havaların qeyri-stabil keçməsi əlbəttə ki, turizmə və gəlirlərinə öz təsirini göstərir. Çünki, bu mövsümdə çimərlik ərazilərində olan obyektlər, otellər, eyni zamanda yaylaqda olan otellər havanın qeyri-stabil olması ilə bu istiqamətdə gedişləri kəskin azaldır. Nəticədə bu sadaladıqlarım iqtisadi aktivliyə də öz təsirini göstərmiş olur. Havaların mövsüm üçün əlverişsiz olması obyekt sahiblərinin xərclərini artırır".

Xarici turist sayında azalma var

Ekspertin sözlərinə görə, qonşu ölkələrdə baş verən bəzi proseslər səbəbi ilə də regionda turist sayında azalma var: "İsrail, İran, eyni zamanda körfəz ölkələrindən gəlməli olan qonaqlarda ciddi şəkildə azalma müşahidə olunur. Hava məkanının bağlı olması da turist axınına öz təsirini göstərib, nəticədə ölkəyə gələn turist sayında əvvəlki illə müqayisədə 30-40% azalmanı müşahidə edə bilərik". 

Ölkədaxili turizm üçün vəziyyət fərqlidir

Ekspert qeyd etdi ki, ölkədaxili turizm üçün proseslər olan maraq nəzərəçarpacaq dərəcədə artıb: "Regionlara səfər edən yerli turistlərin sayı kifayət qədərdir. Əksər vətəndaşlar təbiətə yaxın, xüsusilə də su hövzələrinin yerləşdiyi ərazilərdə istirahət etməyə üstünlük verirlər".

Sərvanə Rəmixanova

Избранный
15
valyuta.az

1Источники