RU

RUSİYA KİYEVƏ ZƏRBƏLƏR ENDİRİB » AzadMedia.az

RUSİYA

Rusiya hərbi qüvvələri Ukraynanın paytaxtı Kiyevə gecə ilə raketlər və dronlarla zərblər endirib.
Hücumlar nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb.
Minlərlə insan bombardmandan qorunmaq üçün metro stansiyalarına sığınıb.

Ukrayna rəsmiləri ötəngünkü hücumların irimiqyaslı olduğunu deyiblər.
Kiyev meri Vitali Klitçko düşmənin mülki infrastrukturu hədəfə aldığını bildirib.
İki ölkə arasında müharibə 3 ildən artıqdır ki, davam edir.

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp müharibəni dayandırması üçün rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparsa da, onun danışıqdan razı qalmayıb.
Ağ Ev lideri Putinin ona cəfəngiyyat danışdığını bildirib və daha sonra Ukraynanın özünü müdafiə etməsi üçün onlara silah verəcəklərini deyib.

Məsələni müzakirə etmək üçün Ağ Evin xüsusi elçisi Kit Kelloq Romada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Mövzu ötən gün Almaniyada NATO-nun baş katibi Mark Rutte ilə Almaniya kansleri Fridrix Merts arasında da müzakirə olunub.
Merts Rusiyanın Ukraynada təkcə mülki obyektləri hədəfə almaqda ittiham edib, Rusiyanın bu hərəkətini mülki əhaliyə qarşı terrorçuluq adlandırıb.

Избранный
18
1
azadmedia.az

2Источники