RU

Trampın qərarı Azərbaycan üçün həm RİSK, həm FÜRSƏT yaradır

Trampın son açıqlaması dünya iqtisadiyyatında rezonans doğurdu: o, BRİKS ölkələrindən –  Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan idxal edilən bütün məhsullara 10 faizlik gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib. Bu tariflərin 1 avqustdan qüvvəyə minməsi planlaşdırılır. Açıqlamadan dərhal sonra qlobal bazarlarda gərginlik artdı, riskli aktivlərə maraq azaldı və nəticədə dolların məzənnəsində kəskin artım qeydə alındı. ABŞ valyutasının möhkəmlənməsi bir sıra ölkələrin milli valyutaları üçün təzyiq yaratmaqla yanaşı, xammal bazarlarında da dalğalanmalara səbəb olub.
Bu barədə Moderator.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, ABŞ prezidenti Donald Trampın BRİKS ölkələrinə qarşı təklif etdiyi 10%-lik tarif qərarı dünya iqtisadiyyatında ciddi narahatlıqlara səbəb olub. 
Onun sözlərinə görə, bu addım, xüsusilə Çin, Hindistan, Braziliya və digər inkişaf etməkdə olan ölkələr üçün ixrac məhdudiyyətləri və ticarət dövriyyəsinin azalması riskini doğurur:
“Ticarət müharibələrinin yenidən alovlanması qlobal bazarlarda qeyri-sabitliyə yol açır. Tarif qərarının ardından dolların məzənnəsində kəskin artım müşahidə olunub. Bu, əsasən investorların riskli mühitlərdə təhlükəsiz valyuta sayılan dollara yönəlməsi və ABŞ-da yüksək faiz dərəcələrinin saxlanılması ilə bağlıdır. ABŞ iqtisadiyyatına etimadın davam etməsi və Trampın iqtisadi ritorikası dolların möhkəmlənməsini şərtləndirib”.
İqtisadçı qeyd edib ki, Azərbaycan üçün bu qərar dolayısı təsirlər yarada bilər:
“Qlobal ticarətin zəifləməsi neftə olan tələbatı azalda və qiymətləri aşağı sala bilər. 
Eyni zamanda, BRİKS ölkələrinin alternativ ticarət yolları axtarması Azərbaycanın yerləşdiyi Orta Dəhlizin əhəmiyyətini artıra bilər. Bu, ölkəmiz üçün yeni nəqliyyat, logistika və ticarət imkanları deməkdir”.
 
Mehin Mehmanqızı
 
Избранный
42
1
moderator.az

2Источники