RU

Azərbaycan xarici vətəndaşlara 5 milyon manata yaxın “tax free” məbləği qaytarıb

2025-ci ilin yanvar – iyun ayları ərzində Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən fiziki şəxs olan istehlakçılara qaytarılan həcmi 94 milyon manata yaxın olub.

Bu barədə Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, 2025-ci ilin yanvar - iyun ayları ərzində xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 4 milyon 889 min manat təşkil edib.

tax-free
Избранный
18
18
marja.az

10Источники